Məşhurun bacısı cinsiyyətini dəyişdirib KİŞİ OLDU - VİDEO
27.03.2018 2084 0.0 0

Murad Bozun keçmiş sevgilisi kimi tanınan stilist Eliz Sakuçoğlunun bacısı Duyğu Sakuçoğlu cinsiyyətini dəyişdirib kişi olub.

 

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, Eliz Sakuçoğlunun bacısı Duyğu Sakuçoğlu əməliyyatla kişi olub, adını isə dəyişdirib Poyraz qoyub.

Duyğu Sakuçoğlu İnstaqram hesabından yaşadığı dəyişiklik haqqında məlumat verib:

"Xoşgəldin Poyraz! Axır ki, arzuladığım həyatı istədiyim şəkildə davam etdirməyə qərar verdim. Bu da o deməkdir ki, cinsimi dəyişdirdim. Əks şəkildə yaşamağın mümkün olmadığı zaman bu dəyişiklər ortaya çıxır. Ötən 12 ay ərzində mən daxili dünyanı zahirimlə tənqid etdim. Yoluma özümü hər zaman hiss etdiyim kişi kimi davam edəcəyəm. Mənim üçün artıq öz cinsimi yaşamaq zamanıdır. Bu yeni bir başlanğıcdır. Həyatımda yazılmağı gözləyən yeni fəsil var"./Publika.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar