Məşhur şirkət 500 min avtomobilini geri çağırır - SƏBƏB
21.07.2019 606 0.0 0

İsveç avtomobil istehsalçısı "Volvo" bütün dünyada satılmış təxminən 500 min avtomobilini geri çağırır.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, buna səbəb avtomobillərin mühərrik bölməsində alışma təhlükəsi olub.

Şirkət qeyd edir ki, 2014-2019-cu illər arasında istehsal olunan dördsilindrli dizel mühərrikli modellər, eləcə də V40, V60, V70, S80, XC60 və XC90 geri çağırılacaqlar.

Xatırladaq ki, qeyd olunan 500 min avtomobilin 86 mini İsveçin özündədir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar