Məşhur DJ vəfat edib
10.05.2017 696 0.0 0

Məşhur italiyalı musiqiçi, DJ Robert Mayls 47 yaşında dünyasını dəyişib.

 

BBC-ə istinadən verilən məlumata görə, qısamüddətli xəstəlikdən əziyyət çəkən R. Mayls İspaniyanın İbitsa şəhərində vəfat edib.

 

Əsl adı Roberto Konkina olan musiqiçi 1995-ci ildə “Children” (Uşaqlar) mahnısı ilə məşhurlaşıb. 12 ölkənin musiqi çartlarında birinci olan R. Mayls 1997-ci ildə Britaniyanın ən yaxşı beynəlxalq nailiyyət mükafatına layiq görülüb.

 

R. Mayls 1969-cu ildə İsveçrədə anadan olub. “Children” hitindən sonra o daha beş albomun müəllifi olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar