Məşhur bank 50 milyard itirdi
31.07.2015 590 0.0 0

İsveçrə Milli Bankı (Mərkəzi Bankı) ilin birinci yarısını itkilərlə yekunlaşdırıb.

Məlumata görə, bu İsveçrə frankının avroya nisbətən möhkəmlənməsi ilə əlaqədardır.

Yanvar-iyun aylarında xalis zərər 50,1 milyard frank (51,8 milyard dollar) təşkil edib. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 16 milyard frank çoxdur. 

Bununla yanaşı cari ilin birinci rübündə zərər 30 milyard, ikinci yarısında isə 20 milyard frank təşkil edib.

 


İsveçrə bankının qəraqahı

 

İsveçrə milli valyutası 2015-ci il yanvar ayından kəskin şəkildə bahalaşmağa başlayıb. Buna səbəb Mərkəzi Bankın onun avroya bağlanmasını gözlənilmədən ləğv etməsidir.

47,2 milyard avro təşkil edən İsveçrənin beynəlxalq ehtiyatlarının mühüm hissəsi avroda yerləşdirilib. ABŞ dolları ilə hesablanan Mərkəzi bankın qızıl ehtiyatlarının dəyəri ilin ilk yarısında 3,2 milyard frank azalıb.

İsveçrə Milli Bankının frankın avroya bağlanmasının ləğv edilməsi haqqında qərarı Avropa bazarında təlaş yaradıb. Belə ki, Şərqi Avropada ipoteka üzrə borclular böyük itkilərlə üzləşib.

Bu onunla əlaqədardır ki, sözü gedən ipoteka kreditlərinin əksəriyyəti İsveçrə frankı ilə hesablanıb. Məsələn Polşada bu göstərici 46 faiz təşkil edir./anspress/

 


İsveçrə Milli Bankı


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar