Məşhur aktyor ölü tapıldı
31.01.2018 974 0.0 0

Amerikalı aktyor və musiqiçi Mark Salling Kaliforniya ştatında ölü tapılıb.

Məlumata görə, 35 yaşlı aktyor intihar edib. Onun cəsədi yaşadığı evin yaxınlığındakı çayın kənarında tapılıb.

2015-ci ildə Salling uşaq pornoqrafiyasının saxlanılmasında şübhəli bilinərək həbs edilib. 2017-ci ildə aktyor ittihamları qəbul edərək günahını etiraf edib. İş üzrə hökmün oxunması 2018-ci ilin yaz aylarında nəzərdə tutulmuşdur./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar