Məşhur aktrisa vəfat edib
26.12.2017 940 0

Kanadalı aktrisa Xezer Menzis-Urix 69 yaşında vəfat edib.
"RİA Novosti"yə istinadən verilən məlumata görə, son illərdə aktrisa xərçəng xəstəliyindən əziyyət çəkib.
Menzis-Urixin filmoqrafiyasına onlarla film daxildir, amma çoxları onu "Musiqi səsləri" filmində əsas rolu canlandıran aktrisa kimi xatırlayır.
"Musiqi səsləri" müziklinin premyerası 1959-cu ildə Brodveydə keçirilib.
Daha sonra, "20th Century Fox" studiyası bu musiqili tamaşa əsasında "Oskar" mükafatına layiq görülmüş və büdcəsi 6 milyon dollar olan film çəkib./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər