Məşəl Heydər Əliyev Mərkəzində (VİDEO)
10.06.2015 628 0.0 0

I Avropa Oyunlarının məşəli Heydər Əliyev Mərkəzində alovlandırılıb. ANS TV-nin məlumatına görə, adıçəkilən ünvana oyunların məşəlini məhşur heykəltaraş və xalq rəssamı Ömər Eldarov gətirib. 

Bu gün məşəlçilər sırasına adını yazdıran xalq rəssamı Ömər Eldərov isə, təssüratlarını media nümayəndələri ilə bölüşüb:

“İlk Avropa Oyunlarına ev sahibliyi etməyimiz tarixi bir hadisədir. Təbii ki, iştirakçıların hamısı və mən özüm də qürur hissi keçirirəm. 87 yaşım olmasına baxmayaraq, məşəli mənim daşımama etimad göstərdilər. Bunun üçün təşəkkürlər! Mən də onu əlimdən salmadan daşımağa çalışdım”.

Mərkəzdə alovlandırılan məşəl sabah paytaxt gəzintisini başa vuracaq. Daha sonra məşəl iyunun 12-də İlk Avropa Oyunlarının açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılacaq.

Qeyd edək ki, I Avropa Oyunları iyun ayının 12-dən başlayıb, 28-ə kimi davam edəcək. İlk Avropa Oyunlarında gücünü sınayacaq bütün idmançılarımıza uğurlar arzulayırıq! /anspress/

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar