Mənzildən meyit tapıldı
22.08.2015 549 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına  əsasən bildirir ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1980-cı il təvəllüdlü Sadıxzadə Rüstəm Davud oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar etmişlər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı R.Sadıxzadənin vəfat etdiyi müəyyən olunmuşdur. Əməliyyat saat 22:53-də başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar