«Mənə baxanda qusan insanları xatırlayıram»
06.05.2015 992 0.0 0

2013-cü ildə ağır avtomobil qəzası keçirən türk aktrisa Esra Ronabar ölümdən döndükdən sonra müsahibə verib. 

Məlumata görə, aktrisa yaşadıqları və sağalma prosesini belə anladıb: “Qorxunc idi... Dözülməz ağrılar çəkirdim. Morfi ilə yaşayırdım, ailəm olmasaydı ayağa dura bilməzdim. 

Gözümü açdığımda ərtafımda çoxlu ağlayan insanlar gördüm. Məni baxıb qusan insanları indi də xatırlayıram. Dəhşətli hisslər keçirirdim o an. Hər halda bədən üzvlərimin yerində olmadığını düşünürdüm"- deyən Əsra, iflic və əlil qalma ehtimallarının yüksək olduğunu və bu ehtimalların geridə qaldığını bildirdi.

“Həyat yoldaşım və oğlum Mavi Rüzgar olmasa idi, bu çətinliklərin öhdəsindən gələ bilməzdim. İlk dəfə yeriyəndə ayaq üstə güclə dayanırdım. Buna baxmayaraq yeriməkdən vaz keçmədim və çətin də olsa gəzdim. Həkimlər yerişimdə axsaqlıq qala biləcəyini deyirdilər, amma mən normal yeriyənədək çox çalışdım”./anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar