Məmurla arvadının 5 əsrlik tabutu tapıldı - FOTOLAR
28.03.2017 1073 0.0 0

Çində 500 il əvvələ aid büllurdan hazırlanmış tabutlar tapılıb.
Məlumata görə, hadisə Çinin Xenan vilayətində baş verib.
Tikintintidə çalışan fəhlələr ərazidən qədimi qəbir aşkarlayıblar. Hadisə yerinə gələn arxeoloqlar tabuta baxış zamanı onun içərisində iki mumiyanın olduğunu görüblər.
500 il əvvələ aid olmasına baxmayaraq cəsədlərin yaxşı vəziyyətdə qalması alimləri təəccübləndirib.
Mərmərlə işlənmiş məqbərənin içərisinda büllur tabutda kişi və qadın meyiti var. İlkin məlumatlara görə, bu Min sülaləsinin dövründə yaşamış məmur Çzo və onun həyat yoldaşının cəsədləridir.
Məlumatlarda türbənin içərisində o dövrə məxsus müxtəlif silah-sursatın ərazidə yaşayan əhali tərəfindən oğurlandığı deyilib./Publika.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar