Məktəbli adını yeni qazanmış azyaşlını avtomobil vurdu
19.09.2016 511 0.0 0

Ağdamda avtomobil 6 yaşlı məktəblini vurub. Məlumata görə, hadisə bu gün Quzanlı qəsəbəsində qeydə alınıb.

 

Birinci sinif şagirdi Məmmədova Zəhra Mayis qızı yolu keçəndə “VAZ 2101” markalı avtomobillə vurulub. 6 yaşlı qız ağır bədən xəsarətləri alıb. Təcili yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan məktəblinin vəziyyətinin ağır olduğu açıqlanıb.

 

 

Hadisəni törədən sürücünün də xəsarət aldığı və xəstəxanaya aparıldığı bildirilir.

 

 

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar