Məktəbin İnkişaf Planının hazırlanmasına start verilib
03.02.2022 476 0.0 0

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən Məktəbin İnkişaf Planının hazırlanmasının ilk mərhələsinə start verilib.

Qazeta.info Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına əsasən bildirir ki, məktəbin İnkişaf Planının hazırlanması istiqamətində TDM-in metodistləri paytaxtdakı 5 ümumi təhsil müəssisəsində (45, 155, 201, 306 və 310 nömrəli) pedaqoji kollektivlə görüşlər keçirir.

Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparır, təlim-tərbiyə prosesinin inkişafı istiqamətinə yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil edirlər.

Məktəb heyəti ilə birgə Məktəbin İnkişaf Planının hazırlanmasının əsas məqsədi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspeksiya nəticələrinə əsasən aşkarlanmış çatışmazlıqların aradan qaldırılmasından ibarətdir.

Qeyd edək ki, Məktəbin İnkişaf Planının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar