Məktəbdən qayıdan şagirdi maşın vurub
21.02.2018 769 0.0 0

Abşeron rayonunda məktəbdən gələn şagirdi maşın vurub. 

 

Məlumata görə, hadisə rayonun Digah qəsəbəsi ərazisndə qeydə alınıb.

 

Belə ki, qəsəbə sakini, 2007-ci il təvəllüdlü Firuzə Vaqif qızı İsgəndərova məktəbdən çıxarkən yolda toqquşan iki avtomobildən birinin altında qalıb. Nəticədə 11 yaşlı qızın hər iki ayağı sınıb və ağır kəllə beyin travması alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, 11 yaşlı Firuzə İsgəndərova Digah qəsəbə tam orta məktəbinin 5-ci sinfində oxuyur. 

Faktla bağlı araşdırma aparılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar