Məktəbəhazırlıq qruplarında qış tətili başlayır
27.01.2022 248 0.0 0

27-31 yanvar tarixlərində ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında qış tətili olacaq.

Qazeta.info Təhsil Nazirliyinin məlumatına istinadla bildirir ki, bu qruplarda məşğələlər 1 oktyabr tarixindən başladığı üçün tətil günlərində qısaltmalar edilməyib.

 

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında tətil günləri Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarının (http://www.e-qanun.az/framework/44609 ) müvafiq bəndlərinə əsasən müəyyən edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar