Əməkdar artistdə xərçəng tapıldı
23.11.2016 1142 0.0 0

“Mən pessimist insan deyiləm, inşallah, hər şey yaxşı olacaq”.

Qafqazinfo”nun məlumatına görə, bunu Teleqraf.com-a açıqlamasında tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffər deyib.

O, üzündə xərçəngin bazalyoma növünün aşkarlanması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən vurğulayıb: ”Üzümün sol payında yaranan problemlə bağlı iki dəfə əməliyyat olunmuşam. Sadəcə, əvvəlcə o paydan götürülən törəmə analizə verilməmişdi. Ona görə bunun xəstəlik olduğundan xəbərsiz idik. Sonuncu dəfə "Medical Plaza" klinikasının həkimi Araz Salmanov dedi ki, bu xəstəliyə oxşayır və onu analiz etməliyik. Prosedura uyğun olaraq üzümün sol payından götürülən törəmə əkməyə verildi və on gündən sonra xəbər gəldi ki, həkim yanılmayıb, bu, xərçəngin bazalyoma növüdür”.

Bir ay bundan öncə əməliyyat olunduğunu bildirən aktrisa hazırda həkim nəzarətindədir: “Həmin yer tamamilə təmizlənib, onun yerinə dəri köçürülüb. Hələ ki, tam sağalmayıb, amma hiss edirəm ki, yavaş-yavaş sağalır. Hazırda həkim nəzarətindəyəm”.

Aktrisa üzündə yaranmış problemin “Vicdan haqqı” serialının çəkilişlərinə mane olmadığını da deyib: ”Çəkilişlərim davam edir. Çəkiliş zamanı üzümün həmin nahiyəsini qrimlə örtürəm. Mən pessimist insan deyiləm, inşallah, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, Kəmalə Müzəffərdə xərçəng xəstəliyinin aşkar olunması ilə bağlı ilk məlumatı Criminal.az saytı yayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar