Məhkəmə keçmiş «OMON»-çuların işinə baxmaqdan imtina edib
08.09.2016 589 0.0 0

 Bu gün Qaradağ rayon Məhkəməsində Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) üzvləri - Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun müraciəti əsasında məhkəmə olub.
 
Məlumata görə, məhkəmə işin icraata qəbul edilməsindən imtina edib.
 
Vəkil Elçin Sadıqov bildirib ki, onlar bu qərardan apellyasiya şikayəti verəcəklər.

 
 
Qeyd edək ki, hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub. Onlar Qaradağ rayon Məhkəməsinə etdikləri müraciətdə cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər./
apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar