Mədəniyyət və Turizm Nazirliyi yeni layihənin icrasına başlayır
23.05.2015 870 0.0 0

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaxın günlərdə respublikanın bölgələrində milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi istiqamətində yeni layihənin icrasına başlanılacaqdır. 
Qazeta.info bildirir ki, Respublikanın müxtəlif şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində, Muzey və digər sərgi salonlarında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fonduna məxsus görkəmli Azərbaycan rəssamlarının böyük bədii, tarixi, muzey və yüksək maddi dəyərə malik olan əsərlərinin təqdimatı keçiriləcəkdir.
İlk belə səyyar sərgi 2015-ci il may ayının 26-dan iyun ayının 10-dək Xızı rayonunda keçiriləcəkdir.
Sərgidə Azərbaycanın tanınmış rəssamı, Əməkdar incəsənət xadimi Kamal Əhmədin 7 əsəri təqdim olunacaqdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar