Lukaşenko Putini ələ saldı
03.04.2015 674 0.0 0

Avrasiya İqtisadi İttifaqı (Aİİ) məkanında vahid valyutanın tətbiqi bu günün məsələsi deyil.

Məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O, "bu, vahid valyuta olacaq, yoxsa ancaq üzv ölkədə istifadə olunacaq" sualına cababında deyib: "Biz Astanada vahid valyutanın yaradılması məsələsini üçlükdə müzakirə edirkən Putin söylədi ki, iqtisadi sahədə əməkdaşlığımızı daha da dərinləşdirməliyik. Bunun üçün biz nə vaxtsa vahid valyuta məsələsi ilə qarşılaşacağıq. Bir halda ki, avro valyuta kimi Avropa İttifaqı miqyasından çıxdı, demək, bunu etmək mümkündür." 

Belarus lideri Rusiya prezidentinin fikirləri ilə razılaşmadığını, bunu real saymadığını və bununla bağlı ancaq ekspertlərin fikir bildirdiyini söyləyib: "Bu barədə ekspertlər çoxdan danışırlar. Amma hansısa bir dövrdə, hətta uzaq dövrdə vahid valyutanın tətbiqi məsələsi real görünmür. Bu, bizim ittifaqımızda sonuncu ola bilər. Hələ o qədər problemlər və çağırışlar var ki, heç bilinmir Avrasiya İqtisadi İttifaqı bu vahid valyutaya qədər yaşayacaqmı."

A.Lukaşenko vurğulayıb ki, bu problemi Rusiya mütəxəssisləri daha çox şişirdirlər. Onlar elə danışırlar ki, sanki sabah vahid valyuta olacaq. Qarşıda belə bir məsələ yoxdur. Vahid valyuta bu günün məsələsi deyil."

Xatırladaq ki, bu il martın 20-də Rusiya, Belarus və Qazaxıstan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko, Nursultan Nazarbayev Astanda görüşüblər. V.Putin görüşdən sonra deyib ki, vahid valyutanın yaradılması haqqında danışıqlara başlamaq üçün üç ölkəyə vaxt verilib. Biz tərəfdaşlarla pul-kredit siyasətinin koordinasiyasını davam etdirməyə qərar verdik. Düşünürük ki, bununla bağlı danışmağın vaxtı çatıb və perspektivdə vahid valyutanın formalaşdırılması imkanı var./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar