Əlikram Bayramovun ölkədən çıxışına qadağa qoyulub
17.02.2016 1709 0.0 0

Vergilər Nazirliyi tərəfindən müğənni Əlikram Bayramovun ölkədən çıxışına qadağa qoyulubmuş.

Qazeta.info bildirir ki, İfaçı Gün.Az-a açıqlamasında deyib ki, bir müddət öncə nazirlik tərəfindən ona 1557 manat borcu olması haqqında xəbərdarlıq edilib.

“Əslində isə mənim dövlətə vergi borcum 157 manat təşkil edirdi. Nazirlik isə səhvən borcumu 157 deyil, 1557 manat məbləğində göstərmişdi.

Onu da deyim ki, Lənkəranda 6 saylı vergi dairəsində vergi ödəyirəm. Biz vergini internet vasitəsilə həyata keçiririk.

Bütün prosesləri işçim edir.  Bir ay ərzində guya mənim 1557 manat borcum varmış. Mən də Vergilər Nazirliyinə məktub yazdım, dedm ki, burada qeyri-leqallıq var, qiymət artırılıb.

Uzun sözün qısası, onlar məktubumla maraqlandılar. Əvvəlcə dedilər ki, yox, həmin məbləği ödəməlisən. Hətta ay yarım ərzində 1557 manatın üzərinə cərimə də yazdılar.

Borcum 1777 manat oldu. Ardınca da nazirlik mənə Azərbaycandan kənara çıxmağa qadağa qoydu. Bir az da gec ödəsəydim, yəqin ki, küçədə maşınımı əlimdən alardılar. Mən də vəziyyəti belə görüb, çıxdım televiziyalara...

Telekanallarda çıxışım zamanı dedim ki, 2004-cü ildən vergi ödəyicisiyəm. Mənə bu qədər pul gəlməməlidir. Nazirlik bundan sonra məsələni araşdırdı, məlum oldi ki, yanlışlıq olub” – deyə, müğənni bildirib.

Ə.Bayramov indi işini daha ehtiyatlı tutduğunu söyləyib.

Dediyinə görə, indi o, toy sahibi ilə öz arasında sənəd anlaşması da aparır:

“Vergi idarəsindən “çek” götürmüşəm, toy sahibinə “peçat” vurdururam. Bilirsiniz niyə? Başına gələn, başmaqçı olar. Mənim başıma gəldi, gördüm”.

Ə.Bayramov toylarının azaldığını da diqqətə çatdırıb. Bunu devalvasiya ilə yox, qış fəsli ilə əlaqələndirib:

“Qışdır, bu fəsildə heç kim toy etmir. Dədə-babadan belə olub, qarda-çovğunda toy etməzlər. İndi həftədə bir toy ancaq olur.
Bunu devalvasiyanın üstünə atmaq lazım deyil. Onu da deyim ki, toylara 2000-2500 manata gedirəm. Nə zamansa 3000 manata toy apardığımı xatırlamıram. Mən insanam, vəziyyəti anlayıram. Bəziləri kimi toy edən adamın xeyir işdən topladığı pulun hamısını apara bilmərəm axı?! Onu da deyim ki, hazırda aylıq gəlirim 1500 manat civarında olur. Onun da vergisini ödəyirəm”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar