Əli Əhmədov: Seçkilərə hazırlıq işləri yekunlaşmaq üzrədir
18.08.2015 685 0.0 0

“Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri yekunlaşmaq üzrədir”.

Yeni Azərbaycan Partiyasından (YAP)  verilən məlumata görə, bunu partiyanın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Qəbələdə Şəki-Zaqatala bölgəsi üzrə Mərkəzi Seçki Qərargahının müşavirəsində deyib.
 
Ə. Əhmədov bildirib ki, YAP-ın bütün yerli strukturları və fəalları hazırlıq prosesinə fəal cəlb olunub: “Artıq bütün rayon və şəhər təşkilatlarında  YAP-ın Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər. YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların, nəhəng quruculuq işlərinin uğurlu nəticələri, yekunda isə Azərbaycan vətəndaşının günü-gündən yüksələn sosial durumu, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın dinamik inkişafı,  bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması və s. partiyamızın qələbəsini şərtləndirən əsas amillərdəndir”. 
 
Müşavirədə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da çıxış edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar