Əli Həsənov Türkiyədə bir sıra görüşlər keçirib
25.10.2016 620 0.0 0

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün bir sıra görüşlər keçirib.
 
“AZƏRTAC”-a istinadən verilən xəbərə görə, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
 
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar