Leyla Əliyevanın əl işi xeyriyyə hərracına çıxarılıb
03.10.2015 489 0.0 0

Böyük Britaniyanın "Christie’s" hərrac evində xeyriyyə aksiyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əl işi sərgilənir.

Məlumata görə, xeyriyyə aksiyası onkoloji xəstəliklərlə mübarizə aksiyalarını dəstəkləyən "Cancer Research UK" xeyriyyə təşkilatı tərəfindən həyata keçirilir. 

Leyla Əliyeva özü düzəltdiyi əl işini xeyriyyəçilik hərracına çıxarıb. Xeyriyyə hərracında satışa məşhur rəssam və dizaynerlər tərəfindən göy qurşağının bütün rəngləri ilə çəkilmiş ikimetrlik DNT spiralları şəklində 21 heykəl çıxarılıb. Leyla Əliyeva "Portağal ağacı" adlı əsərini yaradarkən ispan portağal ağaclarının rəng qammasından ilham alıb.

 


Leyla Əliyevanın əl işi


Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva dəfələrlə xeyriyyə aksiyalarına qatılıb. Bu yaxınlarda Leyla Əliyevanın, Rusiya Müftilər Şurasının və "İxlas" xeyriyyəçilik fondunun birgə təşəbbüsüylə Moskvada Qurban bayramı münasibəti ilə bağlı xeyriyyə tədbiri keçirilib. 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Sosial və xeyriyyə şöbəsinin nümayəndələri "İxlas" xeyriyyəçilik fondu ilə birgə kəsilmiş qurban ətilərini kasıb ailələrə payladılar. 

Leyla Əliyeva, həmçinin iyun ayında birinci Avropa Oyunları çərçivəsində uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin balaca sakinləri üçün şənlik təşkil etmişdi. Şənliyə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılamışdı. Tədbirdə balacalar üçün əsl bayram abu-havası yaradıldı. Uşaqlar müxtəlif rəqslər, mahnılar ifa etdilər, məharətlərini göstərdilər. Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bu şənlik uşaqları sevindirdi.

 


Leyla Əliyeva uşaqlarla şənlikdə


Uşaqlarla bağlı Fondun himayəsi altında həyata keçirilən aksiyalar ilk növbədə məcburi köçkün ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına, yeni məktəb binalarının tikilməsinə yönəlib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar