Leninqradda atom qəzası (FOTO)
18.12.2015 818 0.0 0

Leninqrad Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. 

Məlumata görə, bu barədə atom elektrik stansiyasının direktoru Vladimir Perequda xəbər verib.

Onun sözlərinə görə, Leninqrad AES-in turbin sexinin bokslarından birində yaranmış buxara görə ikinci enerji blokunun işi dayandırılıb. "Reaktor bağlanıb. Həmçinin nüvə reaksiyası kəsilib, yalnız qalıq istilik ayırması gedir. Normal istismarın parametrlərindən sapma yoxdur", - deyə Perequda bıldirib.

 


Leninqrad AES

 

Hadisə yerli vaxtla saat 13:50-də olub. Rəsmi bəyanata əsasən, buxarın konsentrasiyası reaktorun dayandırılmasından sonra "əhəmiyyətli dərəcədə azalıb". Ancaq 40 kvadrat metrə qədər sahə tamamilə təcrid edilib. "Buxar sızması cüzi haldadır, onun lokallaşdırması gedir", - deyə atom elektrik stansiyasınında izah ediblər.

 

Hazırda Leninqrad Atom Elektrik Stansiyasının №1, 3 və 4 enerji blokunda iş davam edir. Orada yüklənmə 3,082 min MVt təşkil edir.Leninqrad Atom Elektrik Stansiyası Fin körfəzinin sahilində Sasnoviy Bor şəhərində yerləşir. Atom Elektrik Stansiyasında hər biri1 min MVt gücə malik RBMK tipli dörd enerji bloku var. Stansiya Rusiyanın şimal-qərbində elektrik enerjisinin ən böyük istehsalçılarından biridir.

 


Hadisə baş verən ərazi xəritədə

Qeyd edək ki, ən böyük və dəhşətli atom qəzası 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş verib. 1986-cı ilin 26 aprelində baş verən qəza nəticəsində 7000-ə yaxın insan həlak olub, 25000 insan əlil olub. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 9 %-ində əlillik yaranır. Partlayışdan 30 il keçməsinə baxmayaraq, hələ də fəsadları nəinki Ukraynada, bir çox ölkələrdə qalmaqdadır. Çernobılda təhlükəsizlik tədbirləri zamanı 129 Azərbaycan vətəndaşı da iştirak edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar