Ledi Qaqa xəstəxanaya yerləşdirilib
15.09.2017 271 0.0 0

Amerikalı müğənni Ledi Qaqa "Rock in Rio" adlı böyük musiqi festivalının keçirildiyi Rio-de-Janeyro şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Məlumata görə, bundan əvvəl ifaçının festivalda iştirak etməyəcəyi barədə xəbərlər yayılsa da, bu qərarın nə ilə əlaqədar olduğu qeyd edilməmişdi.

İlkin məlumatlara görə, Qaqa güclü fiziki ağrı hiss edib.

Məlumdur ki, müğənni sonuncu sənədli filmində fibromialgiyadan - simmetrik ağrılarından əziyyət çəkdiyini bildirib./Report/


Загрузка...
Digər xəbərlər:
Şərhlər
avatar