Las-Veqas terrorçusunun dəhşətli planları ORTAYA ÇIXDI
06.10.2017 623 0.0 0

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarını güllələyən Stiven Peddok bir sıra başqa hücumlar da hazırlayırmış.

Qazeta.info Publika.az -a istinadla xəbər verir ki, bu haqda məlumatı “Assoşieyted Press” hadisənin araşdırılması ilə məşğul olan hüquq-mühafizə orqanlarının işçilərinə istinadən yayıb.

Anonim Amerika federal məmuru qeyd edib ki, Peddok avtomobillərin partlayışlarının seriyasını hazırlayırmış. İstintaqın məlumatına görə, Peddok hadisəyə az qalmış başqa böyük musiqi fevtivalları keçirilən Çikaqo və Las-Veqas mehmanxanalarında nömrələr tutub. Məsələn, Peddok avqust ayında “Lollapalooza” festivalının keçirildiyi yerin yaxınlıqda yerləşən Çikaqo mehmanxanasında iki nömrə tutub. Ancaq ora yerləşməyib.

Sentyabrın sonunda isə o, Las-Veqasda pəncərələri “Life is Beautiful” musiqi festivalının keçirildiyi əraziyə açılan nömrələr sifariş verir.

Xatırladaq ki, oktyabrın 2-də “Mandalay Bay Hotel” mehmanxana kompleksinin qarşısında təşkil edilən musiqi festivalına silahlı hücum nəticəsində 59 insan öldü, 500-dən çoxu yaralandı. Bu, qurbanların sayına görə ABŞ-da ən qanlı hücum hesab olunur. Silahlının özünün isə intihar etdiyi bildirilir.

Stiven Peddokun qaldığı mehmanxana otağından 23 ədəd, evindən isə 19 ədəd odlu silah, çoxsaylı patron və partlayıcı maddələr aşkarlandı.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürsə də, Federal Təhqiqatlar Bürosu silahlının İŞİD-lə əlaqəsini göstərən heç bir sübutun olmadığını açıqladı.


Digər xəbərlər:
Şərhlər
avatar