LAÇINDA ERMƏNİ QİYAMININ SƏBƏBLƏRİ
02.02.2015 918 0.0 0

Bəzi erməni şərhçiləri Azərbaycanın işğal edilmiş Laçın rayonunda İrəvandan gələn yürüş iştirakçılarına işğal rejiminin minə yaxın silahlısının hücum etməsini Rusiya ilə bağlayırlar.
 

Məlumata görə, erməni şərhçi İqor Muradyan Dağlıq Qarabağda Rusiya əleyhinə güclü etiraz əhval-ruhiyyəsinin olduğunu güman edir. “Qarabağda Rusiya əleyhinə aksiya keçirilməsi ehtimal vardı. Bu tamamilə mümkün idi və yerli hakimiyyəti çox narahat edirdi”, - deyə Muradyan işğal rejiminin İrəvandan gələn ermənilərə göstərdiyi zorakılığı şərh edərkən bildirib. 

Erməni mətbuatının Dağlıq Qarabağdakı işğal rejiminə münasibəti də dəyişib. Həmişə Laçını uydurma Berdzor adı ilə təqdim edən erməni saytları bu dəfə Laçın sözünü işlədiblər. Bununla da işğal rejiminə nəzarətində olan torpaqların Azərbaycana məxsus olduğunu xatırladıblar. 

Erməni dilli telekanalların yaydığı məlumata görə, İrəvandan Dağlıq Qarabağa yüşüş edən “Müəssislər parlamenti” təşəbbüsünün üzvləri Laçında hücuma məruz qalıb. İşğal rejiminin “polis”i, silahlı maskalı adamları onlara hücum edib. İşğal rejimi onları Azərbaycanın işğal edilmiş ərazilərinə buraxmayıb. Yol snayper nəzarətinə götürülüb və yürüş iştirakçıları geri qaytmayacaqları təqdirdə güllə-boran edilməklə hədələndirilib. Geri dönən yürüş iştirakçılarının avtomobillərinə hücum olub. Yürüşün təşkilaçısı, Ermənistanda Qarabağ müharibəsinin veteranı Jirayr Sefilyan da qarşıdurmada yaralanıb. 

"Jirayr Sefilyan maşından çıxıb onlarla danışmaq istədikdə yüzlərlə polis, həm də hərbi qulluqçular çıxıb qadınları və uşaqları döyməyə başladılar. Jurnalisti döydülər, uşaqların oturduğu maşınlarımıza daşlarla hücüm etdilər. Bizi maşınlardan çıxartmağa çalışır, telefonları alır, maşınlardan açarları götürür və bizi söyürdülər. Hətta 1 mart hadisələri də (2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərində Sarkisyan rejiminin ermənilərə divan tutduğu gün - red) belə olmamışdı. Bu 1 martın daha amansız təkrarı idi" - deyə yürüş iştirakçılarından biri açıqlama verib. Bununla o, qarşıdurmada ”Noyev kovçeq” qəzetinin Moskva müxbiri Anuşavan Şahnazaryanın xəsarət aldığını da vurğulayıb. Jurnalist Gorus xəstəxanasına aparılıb, onun baş nahiyəsindən travma aldığı bildirilir. 

Hadisə zamanı 30-a yaxın yürüş iştirakçısı yaralanıb. Həmçinin Qarabağ müharibəsinin veteranı Pavlik Manukyan həbs edilib. //AnsPress

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar