Lənkəranski məşhur avtoriteti həbsdən çıxarır
29.07.2015 741 0.0 0

Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski ən yaxın adamı Badri Koquaşvilini həbsdən azad etdirir. 


Rusiya KİV-nə istinadən verilən xəbərə görə, bu işdə Lənkəranski kriminal aləmin ən nüfuzlularından olan Zaxari Kalaşov və Merab Canqveladze ilə əlbir olub. Lənkəranskinin Koquaşvilini təcili olaraq azad edə bilmək üçün heç bir vəsaitə xəsislik etmədiyi bildirilir. 

7 illik həbs cəzasının yarısını çəkən Badrinin yaxın günlərdə xəstəliyinə görə azad edilə biləcəyi ehtimal edilir. 

Lakin Koquaşvilinin azad edilməsinə süni maneələr yaradılır. Belə ki, onun azad edilməsini istəməyən administrasiya tərəfindən quraşdırılan son olay avtoritetin öz kamera yoldaşını döyməsi ilə nəticələnib. 

Belə ki, Badri üçün azadlığın bir addımlığı hesab edilən Krasnoyarsk xəstəxanasında onun palatasına həbsxanada xüsusi adla tanınan və daha çox homoseksual məqsədlər üçün istifadə edilən məhbus salınır. Onunla eyni palatada qalmaq istəməyən avtoritetlə aralarında yaranan qarşıdurma nəticəsində Badri məhbusu döyür. Baş verənlərin nəzarət kamerasında qeydə alınması ilə azadlığın astanasında olan avtoritet haqqında yeni cinayət işi açılır. /qafqazinfo.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar