Lələ Təpədə Qarabağ şikəstəsi oxundu
08.04.2016 542 0.0 0

Azərbaycanın tanınmış müğənnisi Elnur Məmmədov və xanəndə Qoçaq Əsgərov ermənilərdən azad olunan "Lələ Təpə" adlanan yüksəklikdə əsgərlərə dəstək olublar.Məlumata görə, ifaçılar cəbhədəki əsgərlərlər birlikdə “Qarabağ şikəstəsi” və “Azərbaycanım” mahnılarını ifa ediblər. 
Əslən Qarabağdan olan Elnur Məmmədov sosial şəbəkədə videolarını və fotolarını paylaşmaqla düşmənə acıq verdiklərini bildirib.”Lələ Təpə zirvəsindəyik. Allah əsgərlərimizi qorusun, şəhidlərimizin ruhu şad olsun. Qarabağda “Qarabağ” şikəstəsi səslənir. Burada erməni dığalarına od qoyduq. Var olsun Azərbaycanın dəyərli əsgərləri”. 

 

Qoçaq Əsgərov işğaldan azad olan Lələ-Təpə yüksəkliyində "Qarabaq şikəstəsi"ni oxuyur


Təmas xəttində gərginlik aprel ayının 2-də başlayıb. Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə aprel ayının 2-də  növbəti dəfə təxribat törətməyə çalışıb. Bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

 

Döyüşlərdə ermənilərə məxsus hərbi texnikalar – tanklar və artilleriya qurğuları məhv edilib, Yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb, düşmənin bir batareyası darmadağın edilib. Düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar