KXDR yaylım atəşi reaktiv sisteminin sınaqlarını keçirib
01.11.2019 477 0.0 0

Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti böyük kalibrli yaylım atəşi reaktiv sistemlərinin növbəti sınaq atışlarının keçirilməsini təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə STAK bildirib.

Qeyd edilir ki, Koreya Xalq Demokratik Respublikasının Müdafiə Elmləri Akademiyası sınaqların sonuna yaxın KXDR lideri Kim Çen Ina müvəffəqiyyətli nəticə haqqında məruzə təqdim edib.

Öz növbəsində Şimali Koreya lideri atışların keçirilməsi ilə əlaqədar məmnunluğunu bildirib. O, həmçinin alimləri "ölkənin əzələsi" adlandıraraq təbrik edib. Kim Çen In bildirib ki, alimlər ölkənin özünümüdafiə qüvvələrinin inkişafı və silahlı qüvvələrin güclənməsi uğrunda fədakarlıqla mübarizə aparırlar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar