KXDR Cənubi Koreya ilə birgə Asiya Oyunlarını keçirməkdə maraqlıdır
20.02.2018 733 0.0 0

KXDR Cənubi Koreya ilə birgə 2021 Asiya Qış Oyunlarına ev sahibliyi edə bilər.

 

Məlumata görə, bu barədə “Rönhap” agentliyinə Şimali Koreyanın Beynəlxalq Olimpiya Komitəsindəki nümayəndəsi Çan In bildirib.

Onun sözlərinə görə, KXDR ərazisində yarışları Masikrön dağ xizəyi kurortunda təşkil etmək mümkündür.

 

Bundan əvvəl Cənubi Koreyanın Kanvondo əyalətinin başçısı Çxve Mun Sun deyib ki, ölkəsi KXDR ilə birlikdə Oyunların keçirilməsini nəzərdən keçirir. Şimali və Cənubi Koreyalar 2018 Qış Olimpiya Oyunlarında qadınlar arasında xokkey üzrə yarışmalarda bir komanda ilə çıxış ediblər.

 

Qeyd edək ki, Asiya Qış Oyunları 1986-cı ildən etibarən keçirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar