«Kurtlar Vadisi Pusu» ya qeyri-adi transfer (FOTO)
16.08.2015 4663 0.0 0

Türkiyədə və dünyada reytinq rekordları qıran “Kurtlar Vadisi Pusu” serialının aktyor heyətinə yeni yayım mövsümündə yeni sima daxil olacaq. Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin tanınmış xəbər aparıcısı Dəfnə Samyeli serialda agent Zeynəb obrazını canlandırcaq. Samyeli yerli mətbuata verdiyi müsahibədə bu obrazı canlandırmaq üçün çox həyəcanlı olduğunu deyib. 

 


Dəfnə Samyeli

 

"“Kurtlar Vadisi Pusu” populyarlığı, təsiri və istiqrarıyla təkcə Türkiyədə yox, dünyanın bir çox ölkəsində fenomen olmuş bir markadır. “Pusu” heyətini serial ilk yayımlandığı gündən tanıyıram. Yəni, ilk gündən yüksəlməsinə şahid olduğum üçün duyğusal bir əlaqəm olan bir layihədir. Necati Şaşmazın canlandırmaq üçün mənə təklif etdiyi obrazı eşidəndə fikirləşmədən qəbul etdim. Zeynəb, illərdir oynamaq istədiyim, uşaqlıqdan bəri xəyalını qurduğum bir obrazdır. Hisslərim, biliyim və zəhmətimlə “Kurtlar Vadisi Pusu”da ən məhsuldar şəkildə iştirak edəcəyim üçün həyəcanlıyam." - deyə Dəfnə Samyeli bildirib. 

 

Zeynəb obrazı

 

1972-ci ildəTürkiyənin İstanbul şəhərində dünyaya gələn Dəfnə Samyeli tanınmış xəbər aparıcısı və köşə yazarı olmaqla yanaşı özünü aktrisa və müğənni kimi də sınayıb. 

 


Samyeli illər əvvəl “Kurtlar Vadisi Pusu” serialında bu şəkildə nümayiş olunmuşdu

 

“Pana Film” şirkətinin prodüsseri olduğu, baş rolu Necati Şaşmazın canlandırdığı “Kurtlar Vadsisi Pusu” serialının yeni seriyaları sentyabr ayında Türkiyənin “Kanal D” kanalında nümayiş olunacaq. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar