«Kurtlar Vadisi Pusu»da toy olacaq (VİDEO, FOTO)
19.12.2015 962 0.0 0

Reytinq rekordları qıran “Kurtlar Vadisi Pusu” serialının əsas obrazlarından olan Güllü Erhan evlənir. 

Məlumata görə, oynadığı obrazla eyni adı daşıyan aktyor Erhan Ufak bir müddətdir birlikdə olduğu nişanlısı makler Sürəyya Kulla ailə həyatı qurur. 

Aktyor Sürəyya Kul ilə sabah nikaha daxil olacaq. Aktyorun nikah şahidi isə rol yoldaşı Necati Şaşmaz (Polat Alemdar) olacaq. 


Erhan Ufak və Sürəyya Kul.

Cütlük 30 oktyabrda nişanlanıb. Sürəyya Kul sevgilisinin şirkətində çalışır. 

Filmdə yaxasına taxdığı qızıl gül səbəbindən Güllü Erhan adlandırılan E.Ufak uzun illərdir “Kurtlar Vadisi Pusu” serialında rol alır. 13-cü mövsümə start verən serialda bu illər ərzində bir çox aktyor müxtəlif səbəblərdən ayrılsa da Erhan Ufak Necati Şaşmazın imtina etmədiyi aktyorlardandır. /anspress/

 


"Kurtlar Vadisi Pusu"


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar