«Kurtlar Vadisi Pusu» başlayır (VİDEO)
13.09.2015 1111 0.0 0

“Qurdlar Vadisi Pusu” serialının yeni bölümünün ekranlara çıxacağı tarix məlum olub.

Məlumata görə, serial 17 sentyabrdan etibarən tamaşaçıların ixtiyarına veriləcək. Tamaşaçılar yeni mövsümdə serialı "Kanal D" ekranlarından izləyə biləcək.

Baş rolları Necati Şaşmaz, Cahit Kayaoğlu və Ali Buhara Metenin bölüşdürdüyü serialın yeni mövsüm çəkilişləri 17 avqustda Şimali Kipr Türk Respulikasında başlayıb.

 

 

Baş rol oyunçusu Nəcati Şaşmaz

 

İki həftəlik gərgin çəkilişlərdən sonra serial oyunçuları yeni bölümlərin çəkilişləri üçün İstanbula qayıdıblar.

Bu sezon heyətinə Define Samayeli və Ertan Saban kimi məhşur aktyorları qatan “Qurdlar Vadisi Pusu” nun anonsu böyük maraqla qarşılanıb. Anons 3 gün ərzində 800 min insan tərəfindən izlənilib.

 


Heyətə yeni qatılan Define Samayeli


Serial ilk dəfə 2003-cü ilin yanvar ayında “Qurdlar Vadisi” adı ilə çıxıb. “Qurdlar Vadisi” serialı 97 bölümdən ibarət olub.

Serial efirə çıxdığı il gündən Türkiyədə olduğu kimi Azərbaycanda da böyük maraqla izlənilib. Filmin aktyorları dəfələrlə Azərbaycanda səfərdə olublar./anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar