Kürdyönümlü partiya sədrinə qarşı cinayət işi başlanıb
31.07.2015 581 0.0 0
Türkiyə Prokurorluğu kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) sədri Səlahəddin Dəmirtaşın ötən ilin oktyabrında ölkəni bürümüş kütləvi etiraz aksiyalarla əlaqəli olmasını araşdırmağa başlayıb.

 

NTV telekanalına istinadən verilən xəbərə görə, Dəmirtaş millətlər arasında ədavət və Türkiyə əhalisinin iki etnik qrupu arasında qarşıdurma  yaratmaqda ittiham edilir. Prokurorluq  HDP sədrinin müqəssir olduğunu müəyyən edəcəyi təqdirdə,  Dəmirtaş deputat toxunulmazlığı statusundan  məhrum edilə bilər. Belə olacağı təqdirdə HDP sədri 24 ilədək azadlıqdan məhrum edilə bilər. /apa/  

 

Qeyd edək ki,  Türkiyədə vəziyyət İŞİD qruplaşmasının iyulun 20-də Suruçda törətdiyi terror aktı və ölkənin cənub-şərq əyalətlərində polis əməkdaşlarının PKK terrorçuları tərəfindən qətlə yetirilməsindən sonra gərginləşib.    


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar