Külli miqdarda dərman preparatları aşkar edilərək götürülüb
07.10.2017 703 0.0 0

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşına məxsus avtomobildəki əl yükləri "HCVG vizual Smiths Detection" yoxlama-baxış sistemindən keçirilən zaman qurğunun monitorunda dərman preparatlarının təsviri görünüb.

 

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, həmin yükə təkrar baxış nəticəsində gömrük orqanına bəyan olunmayan 20 adda 61 qutu və qablaşdırma qutusu olmayan 30 konvalyut müxtəlif dərman preparatları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar