Əksəriyyəti qadınlardan ibarət oğru dəstə tutuldu (VİDEO)
26.09.2015 674 0.0 0

Ağdam rayonunda oğurluqla məşğul olan qrup üzvləri saxlanılıb.

ANS TV-nin məlumatına görə, dəstə üzvlərinin əksəriyyəti qadınlardı. Ağdam sakini Fərhad İsmayılov ona məxsus dükandan kişi geyimlərinin oğurlanması ilə bağlı Ağdam rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Bundan sonra polis əməkdaşları əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəxslər saxlanılıb. Bunlar 50 yaşlı Sona Nadirova, 48 yaşlır Qumru Nadirova, 40 yaşlı Gülnaz Seyidova və 48 yaşlı İsmayıl Nadirov olub. Saxlanılarkən İsmayıl Nadirova məxsus avtomobildən dükanlardan oğurlanan paltarlar aşkarlanıb. İstintaq zamanı onların qohum olduğu, eyni zamanda başqa dükanlardan da oğurluq etdiyi məlum olub. 

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar