Krivopişin: Finala yüksələ bilmədiyim üçün məyus oldum
18.06.2015 721 0.0 0
Rus idmançıları Molçanov və Şleyxer qızıl medal favoritidirlər

İlk Avropa Oyunlarının bugün Su İdmanı Mərkəzində keçirilmiş kişilər arasında suya tullanma yarışlarında ən gənc idmançı 1 metrlik tramplin üzrə ilkin raunda gedərkən çətinliklə üzləşib. 

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Ukraynalı Nikita Krivopişin sözügedən yarışda finala yüksələ bilmədiyi üçün diqqətini sudan tullanma üzrə platforma və 3 metrlik sinxron tramplinlər növü üzrə yarışlara yönləndirməli olacaq.

On üç yaşlı idmançı daha yaxşı çıxış nümayiş etdirə bilərdi. Belə ki, onun suya tullanma hərəkətlərindən ikisi uğursuz alınıb. Xüsusilə də səkkizinci cəhdi yaxşı alınmadığına görə 30 iştirakçı arasında təqdirəlayiq şəkildə 17-ci yerə layiq görülüb.

Qeyd edək ki, bu uğursuzluqla nəticələnən hərəkət, çətinlik dərəcəsi 2,3 olan arxaya yarım salto çıxışı olub. Və gənc idmançı bununla yalnız 24,15 xal toplaya bilib.

 İstədiyi nəticəni əldə edə bilməyən Krivopişin ilk yerlərdə qərarlaşa bilməsə də, Bakı 2015-də iştirak etdiyi üçün özünü xoşbəxt hiss etdiyini deyib: 

İki dəfə suya pis tullandım. Finala yüksələ bilmədiyim üçün məyus oldum. Lakin öyrənmək üçün burdayam. Burada olduğum üçün fəxr edirəm və bilirəm ki, digər idmançılar məndən yaşca böyükdürlər.-Nikita Krivopişin

Davam edən qarşılaşmalarda Rusiyanı təmsil edən idmançılar İlya Molçanov və Nikita Şleyxer rəqibləri ilə mübarizədə ümumilikdə 534,80 və 507,50 xal topladıqdan sonra birinci və ikinci yerdə finala yüksəliblər.

Kişilər arasında suya tullanma yarışlarında İtaliyanı təmsil edən Rusian Adriano Kristafori isə 486,95 xalla üçüncü yerdə qərarlaşıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar