Kremldən yeni böyük SSRİ planı
03.04.2015 660 0.0 0

Qırğızıstan paytaxtı Bişkekdə bu gün MDB ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilib.

Məlumata görə, tədbirdə MDB üzvü olan ölkələrin xarici siyasət idarəsi rəhbərləri qatılıblar.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev vurğulayıb ki, Ukrayna nümayəndə heyəti də daxil olmaqla iclasda MDB-nin 11 ölkəsi təmsil olunub. 

İclas iştirakçıları MDB dövlətləri ilə birgə sərhəd zonalarda və xarici ölkə sərhədlərində böhran vəziyyətlərin nizama salınması üçün vahid qrupun formalaşdırılması haqqında qərarı dəstəkləyiblər.

Görüş zamanı 2016-2020-ci illərdə xarici ölkələrlə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsində MDB-nin əməkdaşlıq proqramı layihəsi, xəbərdarlıq və fövqəladə vəziyyətlərin aradan qaldırılması sahəsində MDB çərçivəsində əməkdaşlıq haqqında razılaşmalar, MDB dövlətlərinin ümumi təhsil təşkilatlarının pedaqoji işçilərinin ixtisasın artırılması haqqında razılaşma, həmçinin 2020-ci ilə qədər MDB-ın silahlı qüvvələrində hərbi-tətbiqi idman növlərinin inkişaf Konsepsiyası bəyənilib.

Bu sənədlərin layihələri MDB-nin dövlət və hökumət başçılarının Məsləhət Şurasının müzakirəsinə təqdim ediləcək.

XİN-in növbəti iclasının bu ilin payızında Astanda keçirilməsi qərara alınıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar