Kreml prezidentlərin görüşünün əsas məqsədini açıqladı
20.06.2016 988 0.0 0

Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşündə əsas məsələ Qarabağda yeni döyüşlərdən sığortalanmaqdır. 

Məlumata görə, bunu Dmitri Peskov "Ria Novosti" agentliyinə müsahibəsində bildirib.

“Hazırda əsas vəzifə hərbi əməliyyatların bərpasından sığortalanmaqdır. Qarabağ ətrafında zorakılığın bərpasından əvvəl əldə edilmiş nəticələrin itməsinə yol vermək olmaz”, - deyə Peskov bildirib.

D.Peskov bildirib ki, danışıqlar mürəkkəb olacaq:

“Prezident ayrı-ayrı görüşlər keçirəcək. O, əvvəlcə Ermənistan prezidenti Serj Sarkisyan, sonra Azərbaycan prezidenti İlham Əliyevlə söhbət aparacaq. Daha sonra üç tərəfin iştirakı ilə müzakirələr keçiriləcək və prezidentlər birlikdə yemək yeyəcək”. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar