Kreml Belarusla viza rejiminin tətbiqinə baxmır
16.02.2017 753 0.0 0

“Kreml Belarusla viza rejiminin tətbiqini nəzərdən keçirmir”.

Məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 


"Xeyr, belə mövzuya baxılmır", - deyə Kremlin sözçüsü Belarusla viza rejiminin tətbiq olunmasının mümkünlüyü haqda suala cavabında deyib.  
 

Qeyd edək ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) keçirdiyi sorğunun nəticəsində rusiyalıların 78 faizinin Belarusla viza rejiminin tətbiqinin tərəfdarı olduğu ortaya çıxıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar