Kral ilan özü özünü uddu — VİDEO
16.08.2019 983 0.0 0

ABŞ-n Pensilvaniya ştatında sürünənlər üçün sığınacaqda Kronos adlı kral ilan öz quyruğunun 25 santimetrini udub.

Qazeta.info Olkə.az-a istinadən  xəbər verir ki, videoçarxda Jesse, ac olan kral ilanını xilas edir. Bildirilir ki, kral ilanlarına daha çox ABŞ-da rast gəlinir və onlar digər ilan növləri ilə qidalanırlar. Heyvansaxlama məntəqəsinin işçilərinin sözlərinə görə, bu ilanlar digər ilanlarla qidalansalar da, 15-illik təcrübələrində ilanın özünü udması faktı ilə ilk dəfə rastlaşıblar.

Bu növ ilanlar üçbucaq şəkilli başa və tünd qəhvəyi və ya qara rəngli incə bir gövdəyə sahibdirlər. Kral ilanının uzunluğu iki metrə çatır. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar