Kral ailəsinin körpəsi doğuldu
02.05.2015 700 0.0 0

Böyük Britaniyanaın gözlədiyi körpə doğuldu.Məlumata görə, şahzadə Uilyamın ikinci övladı bir neçə dəqiqə öncə dünyaya gəlib. 

Kral sarayından verilən məlumata görə, Keyt Midelton qız övladı dünyaya gətirib. Hələlik körpə barədə ətraflı məlumat verilməyib. Körpənin çəkisi 3 kq 700 qramdır. 
Ana və uşağın vəziyyəti yaxşıdır. 

Kembrinc hersoqiniyası bu gün səhər saatlarında doğuş üçün xəsətəxanaya aparılmışdı. 

Qeyd edək ki, körpənin cinsi və adı ilə bağlı aylardır ciddi müzakirələr gedib, hətta mərc belə qoyulub. Çoxları onun qız olacağını gözləyirdi. Körpə taxt-tacın 4-cü varisi olacaq. 

Keyt Midelton və şahzadə Uilyamın ilk övladı 2013-cü il iyul ayının 22-də doğulub. Onların Corc adlı oğlanları var./anspress/


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar