Koronavirusun yeni ştammı nefti kəskin ucuzlaşdırıb
27.11.2021 355 0.0 0

WTI markalı xam neft fyuçerslərinin qiyməti koronavirusun Cənubi Afrika ölkələrində yayılan yeni variantının (B.1.1.529) aşkarlanması fonunda demək olar ki, 13% ucuzlaşıb.

Bildirək ki, WTI neftinin yanvar fyuçerslərinin qiyməti 12,81% (10,03 ABŞ dolları) aşağı düşərək, 1 bareli 68,29 dollar təşkil edib.

Mütəxəssislər qeyd edirlər ki, “qara qızıl”ın uculaşması yeni ştamma görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlıdır.

“Nordea Asset Management”in makro-strategiya departamentinin rəhbəri Sebastyan Qali “Wall Street Journal” qəzetinə bildirib ki, məhdudiyyətlər nəticəsində insanlar daha az səyahət edəcək və nəticədə enerji istehlakının azalacağı gözlənilir:

“Düşünürdük ki, hər şey tamamlanmaq üzrədir və indi, bəlkə də, yeni vaksinlərə ehtiyacımız var”./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar