Klublararası dünya çempionatının ilk finalçısı məlum olub
18.12.2019 510 0.0 0

Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, bu, Braziliyanın "Flamenqo" klubudur. Dohadakı "Halifa İnternational" stadionunda təşkil olunmuş qarşılaşmada rəqib Səudiyyə Ərəbistanın "Əl-Hilal" komandası olub. Görüş cənubi amerikalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 18-ci dəqiqədə "Əl-Hilal"ın yarımmüdafiəçisi Salem əl-Dossari açıb. 49-cu dəqiqədə Giorgian de Arraskaeta bərabərlik qolunu vurub. 78-ci dəqiqədə Bruno Enrike "Flamenqo"nu önə çıxarıb. Bundan 4 dəqiqə sonra isə "Əl-Hilal"ın müdafiəçisi Əli əl-Bulayhi topu öz qapısına göndərib və yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, digər finalçı İngiltərənin "Liverpul" və Meksikanın "Monterrey" komandaları arasında bugünkü görüşün qalibi olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar