Kleopatra əslində necə görünürdü?
24.01.2022 385 0.0 0

Kleopatra hər hansı bir mərasimə uyğunlaşa bilir və həmişə buna uyğun geyinirdi. Onun üslubu Misirdə yaşayan digər varlı insanların üslubuna bənzəsə də, zinət əşyaları və makiyaj vasitəsilə daha unikal görünməsinə şərait yaratdı.

 Misir qədim abidələrinin üzərində əks olunan qədim rəsmlərdən göründüyü kimi Kleopatra Roma və Misir modasına uyğun geyinib. O, ağ kətan paltarlar, eləcə də dəbdəbəli axşam libasları geyinirdi.

Kleopatra fenomenal hökmdar və çox güman ki, Misir tarixinin ən məşhur hökmdarı idi. O, tarix kitablarında özünü dəb və gözəllik trendin gətiricisi  kimi həkk edib. O, heç bir stil icad etmirdi, amma onlardan öz xeyrinə istifadə edirdi.

 

 

O, sadə ağ geyimlərin gözqamaşdırıcı görünməsi üçün aksesuarlarla necə tamamlana biləcəyini, makiyaj və fərqli saç düzümünə yaradıcı şəkildə necə yaxınlaşa biləcəyinizi nümayiş etdirib.

Əlbəttə ki, bütün misirlilər moda və gözəllik məsələsində olduqca usta idilər, lakin Kleopatra onu yeni səviyyəyə çıxardı və həmişə heyrətamiz görkəmdə idi. Onun həyatından bəhs edən hekayə bir çox kitab və filmlərin yaradılmasına ilham qaynağı olub. Onun adı çox vaxt Qədim Misirlə bağlıdır.

Onun tərzi moda dünyasinə daim təsir edir. Bugünkü bəzi yeni moda kolleksiyalarında qədim Misirin izlərini görmək olar. Kleopatranın əslində necə göründüyündən xəbəriniz var idimi? Bu barədə şərhlərdə yazın.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar