Kiyevin ətrafı artilleriya atəşinə tutulur
07.03.2022 352 0.0 0

Ukraynanın paytaxtı Kiyev ətrafına şiddətli artileriya atəşləri davam edir.

Qazeta.info “Report”un məlumatına əsasən bildirir ki, ötən axşamdan Rusiya Silah Qüvvələrinin hücumları ilə müşayiət olunan paytaxtın şimal-qərb, şimal-şərq və şərq istiqamətində hələ də atəş səngiməyib.

Ağır artilleriya atəşləri paytaxtın mərkəzində də aydın eşidilir.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi martın 7-də yerli vaxtla saat 10.00-dan etibarən Ukraynada sükut rekimi elan etdiyini açıqlayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar