Kiyevdə keçmiş prezidentin dindirilməsinə başlanılıb
25.11.2016 662 0.0 0

Kiyevdə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin dindirilməsinə başlanılıb. O, 2014-cü ilin fevral ayında Kiyevdə baş vermiş iğtişaşlar üzrə şahid qismində ifadə verir.

Bu barədə "Report" "112 Ukrayna" telekanalına istinadən xəbər verir.

Dindirilmənin həyata keçirilməsi üçün Kiyev şəhər Svyatoşinski Rayon Məhkəməsi və Viktor Yanukoviçin bir müddət əvvəl gəldiyi Rusiyanın Rostov Vilayət Məhkəməsi arasında videoəlaqə təşkil edilib.

Məlumata görə, Ukraynanın paytaxtında istintaq tədbirləri ilə əlaqədar təhlükəsizlik gücləndirilib. Svyatoşinski Rayon Məhkəməsinin binasını 130 polis mühafizə edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar