Kiyev polisi Saakaşvilini saxladı
05.12.2017 867 0.0 0

Kiyevdə hüquq-mühafizə orqanları Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilini yaşadığı binanın damında saxlayıb.

Məlumata görə, bu barədə M.Saakaşvilinin tərəfdaşları bildirib.

 

 

Qeyd edək ki, bir müddət əvvəl polis Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar