Kiyevə hava zərbələri endirilib
27.02.2022 148 0.0 0

Bu gün səhər yerli vaxtla saat 09:15 radələrində Ukrayna Kiyev şəhərinin Troeşina rayonuna, vilayətin isə Buçe şəhərinə raket zərbəsi endirilib.

Məlumata görə, Troeşina rayonunda yaşayış binasına düşən raket binaya zədə verib. Buçe şəhərində də yaşayış binasına düşüb. Bundan başqa Ukrayna Silahlı Qüvvələri Baş Komandanlığının məlumatına görə, bu gün səhər saatlarında Belarus ərazisində Kiyev istiqamətində atılan uzaq mənzilli qanadlı raket Ukrayna Hava Hüzumundan müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, hazırda Xarkov şəhərində şiddətli döyüşlər gedir. Prezident ofisinin məlumatına görə, isə hazırda Ukraynanın Xarkov, Çernoqov və Sumı şəhərlərində hərbi obyektlərin olmadığı yerlər hava zətbələrinə məruz qalır. Raket zərbələrinin mənbəyinin Belarus olduğu müyyən edilib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar