Kim Çen Inın qardaşının qətlində kimyəvi silahdan istifadə edilib
24.02.2017 738 0.0 0

Malayziya polisi Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın ölümünə səbəb olan zəhərli maddəni müəyyənləşdirib.

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, Kim Çen Namın qətlində istifadə edilən zəhərli maddənin əsəb sistemini iflic edən “VX Nerve Agent” adlı maddə olduğu müəyyən edilib.    

 

Polisin məlumatında qeyd olunub ki, “VX Nerve Agent” maddəsi kimyəvi silah hesab edilir. /apa/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar